Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Dəmir Yumruq Vətən Müharibəsi Veteranlarına Dəstək" İctimai Birliyi şəhid ailələri və müharibə veteranları ilə görüş keçirib

0

  •         Oktyabr ayının 26-da "Dəmir Yumruq Vətən Müharibəsi Veteranlarına Dəstək" İctimai Birliyinin sədri Əbil Zeynalov, İctimai Birliyin sədr müavini Namiq Bədəlov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Vahid Abdullayev Gəncə şəhəri ərazisində salınmış 1500 və 600 ailəlik qəsəbələrdə məskunlaşmış şəhid ailələri və müharibə veteranları ilə görüş keçirib.         Görüşlərdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.         "Dəmir Yumruq Vətən Müharibəsi Veteranlarına Dəstək" İctimai Birliyinin sədri Əbil Zeynalov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Vahid Abdullayev 44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuzun əldə etdiyi şanlı qələbədən danışıblar. Çıxış edən natiqlər ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.        Tədbirdə iştirak edən şəhid ailələrini, qaziləri və müharibə veteranlarını narahat edən məsələlər dinlənilib, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərilməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırılacağı bildirilib.                 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib39 dəfə
    "Dəmir Yumruq Vətən Müharibəsi Veteranlarına Dəstək" İctimai Birliyi şəhid ailələri müharibə veteranları ilə görüş keçirib

    Maraqlı gələ bilər
    40
    0
    54